Yaxın vaxtlarda müəyyən məhsulların qiymətinin qalxacağı ANONSU VERİLDİ - VİDEO

Dünya bazarındakı qeyri-müəyyənlik, yerli istehsalın lazımı səviyyədə olmaması məhsullarının qiymətini artırır.
Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3% yüksəlib.
İnflyasiya göstəricisi qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2%, qeyri-qida məhsulları üzrə 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7% artıb.
İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, qiymət artımı növbəti aylarda da özünü göstərəcək.
Onun sözlərinə görə, bahalaşmaya səbəb yerli istehsalın lazımı səviyyədə daxili bazarı təmin etməməsidir. Əgər belə davam edərsə dünya bazarında mövcud olan vəziyyətin ölkə iqtisadiyyatına təsirinin fəsadlarını ciddi şəkildə hiss edəcəyik.
Bir sözlə, ərzaq və qeyri ərzaq məhsullarındakı qiymət artımı təkcə Ramazan ayını və Novruz bayramını əhatə edən martda yox, digər aylarda da müşahidə oluna bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












