Yaz havası nə qədər davam edəcək? - AÇIQLAMA

“Bakıda və Abşeron yarımadasında hazırda müşahidə olunan temperatur iqlim normasından 4 dərəcə yuxarıdır”.
Bu sözləri açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, son illərlə müqayisədə Bakıda və Abşeron yarımadasında axırıncı dəfə belə temperatur 2002-ci və 2012-ci ildə müşahidə olunub:
“Həmin illərdə noyabr ayında havanın orta temperaturu normadan 1,5 dərəcə yuxarı olub. Bu gün də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-23 dərəcədir. Gün ərzində havanın arabir tutulacağı, dəyişkən buludlu və küləkli hava şəraiti müşahidə olunacaq. Lakin axşama doğru külək mülayimləşəcək.
Bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Noyabrın 7-də havanın temperaturu 18-22 dərəcə olacaq.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi müşahidə olunacaq.
Gündüz saatlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan yağacağı, şimşək çaxacağı və yüksək dağlıq ərzilərdə qar yağacağı ehtimalı var. Bölgələrdə arabir duman olacaq, qərb küləyi güclənəcək”.
Asif Verdiyev noyabrın 8-nə olan hava proqnozunu da açıqlayıb.
Bildirib ki, noyabrın 8-də isə hava temperaturu 17-22 dərəcə isti olacaq:
“Gün ərzində dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Ayın 8-də də bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında Şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Aran rayonlarında isə havanın temperaturu gündüz 19-24 dərəcə, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq.
Hazırda havanın kəskin şəkildə dəyişməsi hələ ki gözlənilmir”.
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ










