Yeni epidemiya YAYILIR - ÜST-dən AÇIQLAMA

Avropa ölkələrində insanlarda "tutuquşu" qızdırması adlandırılan virusun artması müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə , 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər "tutuquşu" qızdırmasına yoluxanların sayında artım müşahidə olunub. Onların arasında Almaniya , Hollandiya , Avstriya , Danimarka və İsveçin sakinləri var. Son bir neçə ayda epidemiyanın beş avropalının ölümünə səbəb olduğu bildirilir. ÜST nümayəndələri quşçuluq sahiblərini qəfəslərini təmiz saxlamağa, heyvanlarla işləyən insanları isə əl gigiyenasına diqqətlə nəzarət etməyə çağırır.
Xəstəliyin nadir hallarda insandan insana keçdiyi qeyd edilir. Bununla bağlı ÜST-nin bəyanatına görə, yeni ölkələrdə virusa yoluxma hallarının qeydə alınacağına inanmaq üçün heç bir əsas yoxdur. "Düzgün diaqnoz qoyulduqda, bu patogen antibiotiklərlə müalicə edilə bilər", - ÜST bildirib. (Redaktor.az)
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












