Yeni Günəşlinin Yayla ərazisində HƏYƏT EVLƏRİNİ GÖZLƏYƏN təhlükə - VİDEO

Divar uçub dağılıb, tavan aralanıb, döşəmə çöküb, digər divarlar çat verib. Amma burda nə zəlzələ, nə də partlayış baş verməyib. İllərdir çat verən mənzilin divarı uçub.
Ev sakinləri bildirir ki, 4 il ərzində aidiyyatı qurumlara müraciət etsələr də heç bir nəticə olmayıb.
Sakinlər bildirir ki, Yeni Günəşli, döngə 1, dalan 5 də yerləşən 17 evdə oxşar vəziyyət hökm sürür.
Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin ərazidə FHN-nin mütəxəssisləri tərəfindən verilmiş müvafiq arayışlara əsasən, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Həmin sakinlərin Zığ qəsəbəsində yeni inşa edilən çoxmənzilli yaşayış binalarında yerləşdirilməsi nəzərdə tutulub.
Hazırda sözügedən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin ailəsinin yerləşdirilməsi istiqamətində işlər aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












