Yeni qərar: bu evlər bahalaşacaq - Əmlak eksperti

Yeni qərara əsasən, 2023-cü il oktyabr ayından başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Qanunvericiliklə, ev, yaxud qeyri-yaşayış obyektinə hər hansı bir kommunikasiya xətlərinin çəkilməsi üçün həmin ərazidə məntəqənin ünvanı olmalıdır.
Bu sözləri Axar.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev yeni tikilən evlərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı qəbul olunan son qaydalar haqqında danışarkən deyib.
O bildirib ki, fərdi evlərin böyük əksəriyyətində çıxarışın olmaması həmin ərazilərdə ünvanların verilməsində ciddi problemlər yaradır: "Hazırda Bakı və Abşeronda yüz minlərlə çıxarış ala bilməyən fərdi ev var. Çıxarış ala bilməmələrinə əsas səbəb həmin yaşayış massivlərindəki torpaqların digər təyinatlı torpaqlar olmasıdır. Yəni kənd təsərrüfatı, digər təyinatlar və yaxud neftin ərazisi adlanan torpaqlarda olduqlarına görə, bu ərazilərə çıxarışlar verilmir. Fərdi yaşayış evlərinin çıxarışla təmin olunması üçün ilk növbədə torpaqlarının çıxarışları olmalıdır. Daha sonra evin üzərinə çıxarış verilməlidir. Torpaqlara çıxarışların verilməsi üçün isə təyinat dəyişikliyi olmalıdır".
Ekspertin sözlərinə görə, yeni qaydalar əmlak bazarına təsir edəcək: "Yeni qərardan sonra əmlak bazarında artıq çıxarışsız torpaqlara və tikilməkdə olan fərdi evlərə tələbat azalacaq. Bu isə öz-özlüyündə həmin əmlakların qiymətlərinin düşməsinə, çıxarışlı evlərin isə bahalaşmasına səbəb olacaq. Bu problemlərin həlli üçün həmin ərazilərdəki torpaq sahələrinin təyinatları dəyişməlidir. Bundan sonra fərdi yaşayış evlərinə çıxarışlar verilə bilər. Beləliklə, kommunikasiya xətlərinin çəkilməsi mümkün olar".
Elnur Fərzəliyev bildirib ki, çıxarışlı mülk əldə etməyin üstünlükləri çoxdur: "Çıxarışlarlar verildikdə vətəndaşların mülkiyyət hüquqları qorunar, dövlətin məruz qaldığı böyük itkilərin qarşısı alına bilər. Bu cür əmlaklar torpaq və əmlak vergisi ödəməli olacaq. Həmçinin, sığortalanır, ipoteka əmlakına çevrilə, banka girov qoya, digər kreditli şərtlərlə satıla və vərəsələr arasında bölünə bilir. Çıxarış olmadıqda isə vətəndaşlar problemlə üzləşir, dövlət isə gəlir götürə biləcəyi bu sahədən məhrum olur".
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












