Zaqatalada körpü qəzalı vəziyyətə düşüb - VİDEO

Zaqatalanın Yuxarı Tala kəndinin ərazisindəki körpü yararsız vəziyyətdədir.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, ötən əsrin 70-ci illərində əhalinin və texnikanın gediş-gəlişini təmin etmək üçün kəndin ərazisindən axan çayın üzərinə suötürücülər quraşdırılaraq körpü kimi istifadə olunub.
Sakinlər sel suları nəticəsində yararsız vəziyyətə düşən körpünün təmir olunmasını, ərazidəki suötürücü boruların götürülməsini istəyirlər.
Kənd sakinləri deyirlər ki, bir neçə dəfə aidiyyəti qrumlara müraciət ediblər, amma problem hələ də öz həllini tapmayıb.
Məsələ ilə bağlı Yuxarı Tala kənd Bələdiyyəsinin sədri Eldar Qanzayev bildirib ki, vətəndaşların müraciətindən sonra körpü nəzarətə götürülüb. Onun sözlərinə görə, yaxın vaxtlarda təmir işlərinə başlanılacaq. "Bir neçə gün davam edən leysan nəticəsində təmir işləri bir qədər gecikir. Hava şəraiti uyğun olan kimi bərpa - təmir işlərinə başlanılacaq", - deyə bələdiyyə sədri bildirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












