Zəngəzur dəhlizinə ehtiyac varmı? - SABİQ NAZİR AÇIQLADI
“Ermənistanla sərhədlər bolşevik işğalından əvvəlki dövrə əsasən müəyyənləşdirilsə, Zəngəzur dəhlizinə ehtiyac olmayacaq”.
Bunu RTV-yə açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O bildirib ki, 1920-ci ildəki bolşevik işğalı zamanı qoşunlar Naxçıvanın Kərki kəndi ərazisindən daxil olub. Həmin vaxt Ermənistanın Xarici İşlər Nazirliyi Rusiyaya göndərdiyi notada ilk dəfə olaraq “sərhəd” məhfumundan istifadə edib.
Keçmiş nazir həmçinin Zəngəzur dəhlizinin aktuallığına toxunub:
“İstənilən ölkənin iki hissəsi bölünübsə, onlar arasında eksterritorial bağlantı olmalıdır. İndiki mərhələdə sərhəd müəyyən olunmayıb. Sovet İttifaqı dağılandan sonrakı administrativ sərhədlər beynəlxalq sərhədlər olmalı idi. Demək olar ki, ölkələrin hamısı bunu qəbul edib. Ermənistan bu prinsipin Azərbaycana şamil olunmasını qəbul etməyib. 1920-ci ildə Sovet Rusiyası Ermənistanı işğal edərkən, qoşunlar məhz Kərkidən, Naxçıvandan hücuma başlayıblar. Məhz o vaxt Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya hökumətinə nota göndərib ki, sərhədlərimizi pozmusunuz. Yəni, o vaxtlar, 1920-ci ildə sərhəd məhfumu mövcud idi. Ermənistanla Azərbaycan arasında olan sərhədlər Sovet İttifaqı dağılandan yox, Bolşevik Rusiyası bizi işğal etdiyi dövrdən əsas götürülsə, biz danışıqlar aparmalıyıq. Bu danışıqlar nəticəsində Zəngəzur dəhlizinə ehtiyac olmayacaq”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












