143 milyonluq MƏNİMSƏMƏ: Sabiq vəzifəli şəxslər apellyasiya şikayəti verdi

Müdafiə Nazirliyində (MN) 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən bir sıra şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
Avtosfer.az-ın "Report”a istinadən məlumatına görə, Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, sözügedən cinayət əməlinə görə Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyandan təxminən 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.
Hazırda vurulmuş ziyanı ödəməkdən yayınan digər təqsirləndirilən şəxslər barədə işlərə ayrıca icraatlarda baxılır.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












