15 nəfərin ölümünə səbəb olan spirtin apteklərdə satılmasına RƏSMİ REAKSİYA

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi gigiyenik vasitə hesab edilən etil spirtinin apteklərdə əldən satılması məsələsinə münasibət bildirib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Oxu.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, istehsalçı Səbuhi Xanhüseynova rektifikasiya olunmuş birinci növ etil spirti məhsuluna və əllərin təmizlənməsi üçün gigiyenik vasitələrə verilən gigiyenik sertifikatlarda onların içməli olmaması və əllərin təmizlənməsi, eləcə də məişətdə istifadə edilməsi barədə məlumat qeyd edilib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, fevralın 22-23-də Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Qeyd edək ki, etil spirtini apteklərdən əldə etmək mümkündür.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












