17 xəstəni öldürən həkimlər saxlanıldı

Rumıniyada Uman prokurorları paytaxt Buxarest şəhərində Müqəddəs Pantelimon xəstəxanasının iki qadın həkimini anesteziya və reanimasiya şöbəsində şübhəli ölüm halları ilə bağlı saxlayıb. “Report” xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.
Onlar şöbələrdə vəziyyəti ağır olan xəstələri qəsdən noradrenalinin dozasını kəskin azaldaraq öldürməkdə ittiham olunublar. Eyni işdə yalan ifadə verən tibb bacısı da saxlanılıb.
Məlumatda qeyd olunub ki, martın 26-da təqsirləndirilən şəxslərdən biri şöbədə vəziyyəti ağır olan 54 yaşlı xəstənin həyatına son qoymağa cəhd edib, lakin tibb bacısının müdaxiləsi nəticəsində buna nail ola bilməyib. Ancaq aprelin 4-də iki həkim planlarını həyata keçirə biliblər.
İş üzrə istintaq xəstəxana əməkdaşının prokurorlara aprelin 4-dən aprelin 7-dək olan müddətdə həkimlərin norepinefrin dozasını qəsdən azaltması nəticəsində narkoz və reanimasiya şöbəsində 17 xəstənin dünyasını dəyişdiyini bildirməsindən sonra başlayıb.
Həmin ay Səhiyyə Nazirliyinin ölüm faktlarını araşdırmaq üçün yaratdığı komissiya xəstəxanada heç bir peşə pozuntusu aşkar etməmişdi.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












