18 yaşlı xanımı öldü - Ərinin vəziyyəti ağırdır

Bərdə rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Əliyanlı kəndində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. K.İmaməliyevin vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
***
FHN Mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb:
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində iki nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən bağlı qapı arxasında qalan şəxslərin qapının döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrlə giriş qapısını açaraq evə daxil olub 2003-cü il təvəllüdlü Kənan İmaməliyevi və onun həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanı huşsuz vəziyyətdə aşkar ediblər.
İlkin olaraq dəm qazından zəhərləndikləri ehtimal edilən zərərçəkmişlər ilkin yardım göstərildikdən sonra təcili olaraq xəstəxanaya çatdırılıblar.
Lakin zərərçəkmişlərdən biri - Pərvanə Hüseynova həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib, digərinin - Kənan İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir”.
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO












