Banner

Qubada gəncin batdığı kanalın suyu kəsildi - YENİLƏNİB

Hadisə 28 Noyabr 2026 09:00
Qubada gəncin batdığı kanalın suyu kəsildi   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Quba rayonunda suvarma kanalına düşərək itdiyi ehtimal olunan gəncin axtarışları hələlik nəticə verməyib.

Axtarış tədbirləri zamanı suyu dayandırılan kanala yenidən suyun verilməsinə başlanılıb.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovun axtarışlarının asanlaşdırılması məqsədilə suvarma kanalına suyun verilməsi müvəqqəti dayandırılmışdı.

Lakin aparılan axtarışlar heç bir nəticə vermədiyindən kanala yenidən su buraxılıb.

***15:36 , 27 noyabr
Qubada suvarma kanalına yıxılaraq itkin düşdüyü ehtimal olunan gəncin axtarışları davam etdirilir.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovun axtarışlarının asanlaşdırılması məqsədilə suvarma kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, hadisə noyabrın 22-də baş verib. Belə ki, X.Muradov "KamAZ" markalı yük avtomobilini saxlayaraq su götürmək istəyərkən kanala düşüb.

Sözügedən suvarma kanalı Quba rayonu ərazisindən keçərək Samur-Abşeron kanalına birləşir.

Qeyd edək ki, itkin düşən gəncin yaxınları axtarış işlərinin asanlaşdırılması üçün kanala suyun verilməsinin dayandırılmasını xahiş etmişdilər.

Oxunub : 366
ŞƏRH YAZ
Ad

E-mail

Şərh