Altı yaşlı uşaq faciəvi şəkildə ÖLDÜ - FOTO - YENİLƏNİB

Ağsu rayonunda 6 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisənin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Musabəyli kəndində qeydə alınıb.
Belə ki, 6 yaşlı Ramal Abdullayev azyaşlı qardaşı ilə birlikdə kənd ərazisində gəzərkən güclü külək nəticəsində hündür ağaclardan biri aşıb. Ağacın altında qalan Ramal ağır xəsarətlər alıb.
Hadisə yerinə gələn kənd sakinləri uşağı ağacın altından çıxararaq xəstəxanaya çatdırıblar. Rayon xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra azyaşlı paytaxtdakı xəstəxanalardan birinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum doğulduğu Musabəyli kəndində dəfn edilib.
Faktla bağlı araşdırma aparılır.
***09:48
Ağsuda 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 2020-ci il təvəllüdlü R.Abdullayev Ağsu rayonunda atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən güclü külək nəticəsində çinar ağacı qırılaraq üzərinə düşüb. O, hadisə nəticəsində dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO













