200-ə yaxın məhbus zəhərləndi

Gürcüstanın Kutaisi şəhərindəki 2 saylı cəzaçəkmə müəssisəsində məhbusların kütləvi zəhərlənməsi baş verib. Konkret.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti təsdiqləyib.
“Bu il avqustun 13-də 2 saylı cəzaçəkmə müəssisəsində məhkumların sağlamlıq şikayətləri enterovirus infeksiyasının əlamətlərinə uyğundur”, – deyə idarədən bildirilib.
Fəsadların qarşısını almaq üçün bəzi məhbuslar mülki klinikalara köçürülüb. Həkimlər onların vəziyyətini stabil və qənaətbəxş kimi qiymətləndiriblər. Məhkumlar müvafiq tibbi yardım göstərildikdən və araşdırmalar aparıldıqdan sonra həbsxanaya qaytarılacaq.
Vəkil Sofa Bondarenkonun sözlərinə görə, 200-ə qədər insan zəhərlənib. Həkimlər vəkillərə bildiriblər ki, xəstəliyin səbəbi bağırsaq infeksiyasıdır.
Vəkil Dali Sulakvelidze “Mtavari”yə müsahibəsində “Mən bildiyimə görə, buna qida səbəb olub” deyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












