3 manatdan kart oynadılar, 3 min cərimə olundular

Balakən şəhərində çayxanada 3 manatdan "duraki" oynayan iş yoldaşları 3 min manat cərimələniblər.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisə Balakən şəhəri Səttar Gözəlov küçəsində yerləşən "Seymurun kafesi"ndə baş verib.
Belə ki, iş yoldaşı olan 5 nəfər kafeyə gəlib və obyektin ikinci mərtəbəsinə qalxaraq, çay sifariş veriblər. Bir neçə dəqiqə sonra kafeyə polis əməkdaşları gələrək, 5 nəfərin qumar oynadıqlarını müəyyən ediblər.
Məhkəmənin qərarı ilə həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, Balakən Rayon Polis Şöbəsində saxlanılan oyun ləvazimatı, qumara qoyulmuş 3 manat pul dövlət nəfinə müsadirə edilməklə hər biri 3000 manat miqdarında cərimə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












