30 dəqiqəlik təlimlə maşinist olan şəxs ilk gündə 100 nəfərin  ölümünə səbəb oldu - FOTO

Hadisə 1 Avqust 2024 15:12 Oxunub 126
30 dəqiqəlik təlimlə maşinist olan şəxs ilk gündə 100 nəfərin  ölümünə səbəb oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İstər dəmir yolu, istərsə də metropolitendə iş rejimi ağır və məsuliyyətlidir. Maşinist olmaq isə uzun müddət xüsusi təlim, vərdiş və bacarıq tələb edir. Bəzən maşinist hazırlığında bu məqam unudulur və ağır nəticələrə səbəb olur. Nəqliyyat tarixində bunun nümunələri çoxdur. 

Avtosfer.az xəbər verir ki,  1918-ci ilin ortalarında, Birinci dünya müharibəsi sona yaxınlaşarkən ABŞ-dən Avropaya məhsul ixracı kəskin artır. Sənaye inkişaf edir, işçi qüvvəsinə tələbat artır. Bu da nəqliyyatda sıxlıqla nəticələnir. Nyu-York metrosu sərnişin axınının öhdəsindən gələ bilmir. Belə bir anda, noyabrın 1-də metropoliten maşinistləri tətil elan edirlər. Metro rəhbərliyi  vəziyyətdən çıxmaq üçün iqtisadi terminlə desək, ştreykbrexer (tətilə, etiraz aksiyasına qoşulmayan işçi – müəl.) taktikasına baş vurur. Maşinist hazırlığı üçün xüsusi kurs elan edilsə də, bura cəmi bir neçə adam qoşulur. Onlardan biri də Edvard Luçano adlı dispetçer olur. 

Luçano həyatında bir dəfə olsun qatar idarə etməmişdi. Cəmi bir dəfə dəmir yolundakı çeşidləmə məntəqəsində boş teplovozu bir neçə metr irəli çəkmişdi. O dövrün tələbinə görə, maşinist 60 saatlıq təlimdən sonra xəttə çıxa bilərdi. Luçanonun təlimi isə heç 30 dəqiqə çəkmir və o, metro qatarının şturvalı arxasına keçir. 
Günün ikinci yarısı xəttə çıxan Luçanonun idarə etdiyi qatarda tərslikdən vaqonlar da düzgün paylaşdırılmamışdı. Motor və sərnişin vaqonlarının kütlələri fərqli olduğu üçün səhv bölüşdürmə qəza riski yaradır. 

Luçanonin bəxtinə heç vaxt görmədiyi xətdə qatar sürmək düşür. Sözügedən xətti başqa xətlərlə birləşdirmək üçün o vaxt tunel qazılırdı. S formalı tunelin tikintisi tam başa çatmadığı üçün 10 km/saat sürət limiti qoyulmuşdu. Lakin intervaldan geri qalan təcrübəsiz maşinist sürəti 50 km/saatadək artırır. Əyrixətli yolda balansı pozulan qatarın 4 vaqonu relsdən çıxaraq tunel divarını zədələyir. Hadisə nəticəsində təxminən 100 nəfər ölür, bir o qədər insan xəsarət alır. Baş vaqon ağır olduğu üçün aşmır, Luçano heç bir xəsarət almasa da şok vəziyyətində olduğundan heç nəyi dərk etmir və EVƏ GEDİR. 

15 dəqiqə sonra məlumatlandırılan xilasedicilər hadisə yerinə 45 dəqiqə sonra gəlirlər.
Hadisədən sonra taxta konstruksiyalı sərnişin vaqonları istismara yarasız vəziyyətə düşsə də, baş vaqonlar təmir edilib xəttə qaytarılır.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh