36 yaşlı hakimin qəfil ölümünün təfərrüatı - FOTO

Bu gün səhər saatlarında Qax Rayon Məhkəməsinin hakimi Taleh Kərimov qəfil vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo” 36 yaşlı hakimin ölümünün bəzi təfərrüatlarını əldə edib.
Məlumata görə, səhər saatlarında mənzilində duş qəbul edən T.Kərimovun dəm qazından halı pisləşib və hamamda yerə yıxılıb. Hamam otağından çıxmağı bacaran gənc hakim digər otaqda divanda keçinib.
Qeyd edək ki, Taleh Kərimov daha öncə uzun müddət Ağdaş rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışıb. O, 2023-cü ilin mayından Qax Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyirdi.

***
Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.
Avtosfer.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, məhkəmə hakimi, 1989-cu il təvəllüdlü Taleh Etibar oğlu Kərimov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, T.Kərimovun səhhəti yaşadığı evdə pisləşib. Hadisə yerinə həkim briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mingəçevir şəhər sakini olan T.Kərimov ötən ilin may ayında Qax Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












