4 yaşlı Nərminənin müəmmalı ölümü: Qızın orqanları götürülüb - VİDEO

Bərdə rayon Hacallı kənd sakini olan Nərminə Kazımova barmağından əməliyyat olunmaq üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yaxınlarının iddiasına görə, həkimlər qıza həddindən artıq narkoz verdikdən sonra o dünyasını dəyişib.
Qızın anası İlhamə Əliyevanın sözlərinə görə, sınıqçı uşağının barmağında vətərini partlatmışdı:
"Həkim onu müalicə etdikdən sonra əməliyyat etməyə qərar verib. Narkozu artıq verdiyindən balam o dəqiqə keçinib. Uşağımın bədənini yarıq-yarıq hala salıblar, bütün orqanlarını götürüblər".
Qızın nənəsi Tellər Əliyeva bildirir ki, həkim uşağın çəkisini çəkmədən ona həddindən artıq narkoz vurub, qızın da ürəyi yatıb.
Yevlax Rayon Mərkəzi Xəstəxanasından baş verən ölüm hadisəsi ilə bağlı bildirildi ki, N.Kazımova xəstəxanaya bilək və əlin digər hissələrinin əzilməsi oynaqların təsnif olunmayan digər zədələnmələrin diaqnozu ilə daxil olub:
"O, əlin digər barmağının onun vətərinin, bilək və əl səviyyəsində travmasının bərpası əməliyyatı üçün hazırlanıb. Geniş narkoz zamanı verilən dərmana ani olaraq aneflaktikşok etmiş, aparılan reanimasiyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb".
Faktla bağlı rayon prokurluğunda araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












