Abşeronda 1 aydır itkin düşən qadın axtarılır - FOTO - TƏFƏRRÜAT (YENİLƏNİB)

Abşeronda 1 aydır itkin düşdüyü bildirilən 36 yaşlı Günay Əşrəfova bağlı yeni detallar məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı "Bakupost"a danışan G.Əşrəfovanın anası Tacirə Kərimova qızının əvvəllər bir neçə dəfə intihara cəhd etdiyini bildirib:
"Qızımın təşviş pozuntusu var idi. Evdən qaçıb getmək, özünü öldürmək cəhdləri olurdu. Bir dəfə onlara gedib gördüm ki, qazı açıb özünü boğur. Huşunu itirmişdi, tez xəstəxanaya çatdırdıq, müalicə etdirdik, yaxşı oldu, evə gəldi".
T.Kərimova Günayın xəstəxanaya getməmək üçün evdən qaçdığını ehtimal etdiyini bildirib:
"Son vaxtlar istəyirdik ki, onu aparıb xəstəxanaya qoyaq. Həmişə mən onu xəstəxanaya yerləşdirəndə əsəbiləşirdi. Onu əsəbiləşdirmək olmazdı. Elə bu haqda söhbət üçün onlara getmişdim. Bir də baxdıq ki, yoxdur".
T.Kərimovanın sözlərinə görə, təhlükəsizlik kameralarına baxış keçirilsə də, axtarışlar hələ ki nəticə verməyib:
"Polislər müəyyən etdilər ki, sən demə, biz göstərdiyimiz səmtlə qaçmayıb, başqa istiqamətdə qaçıb. Görüntülərdə həmin vaxt yoldan üç maşın keçir. Dedilər o maşınlardan birinə minib getmiş ola bilər. Onu da yoxlayıblar, amma görüblər ki, həmin maşınlar boş gedir".
T.Kərimova qızı Günayın həyat yoldaşı ilə münasibətləri barədə sualı cavablandırarkən, ailədə müəyyən söz-söhbətlərin olduğunu bildirib.
"Olurdu. Evləri sözlü-söhbətli idi. Evdir də, problemsiz ev olmur axı. Hər evdə söz-söhbət olur", - deyə o bildirib.
Anasının sözlərinə görə, Günay evdən tələsik və hazırlıqsız çıxıb:
"Ayaqyalın gedib. Nə pasportunu, nə də telefonunu götürüb. Polislər deyirlər ki, əgər telefon aparsaydı, onu daha tez tapmaq mümkün olardı".
***
Abşeronda 36 yaşlı qadın 1 aydır itkin düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya itkin düşən şəxsin anası Tacirə Kərimova məlumat verib.
Bildirlib ki,1989-cu il təvəllüdlü qızı Günay Əşrəfova dekabrın 12-də günorta saatlarında heç kimə xəbər vermədən evdən gedib və bir daha geri qayıtmayıb.
Tacirə Kərimova, həmçinin bildirib ki, qızının psixoloji narahatlığı var.
Faktla bağlı polisə məlumat verilib.
İtkin düşən şəxsi görənlərdən 055-713-37-46 nömrəsi ilə əlaqə saxlanılması və ya polisə məlumat vermələri xahiş edilir.
Günay Əşrəfovanın bir azyaşlı övladının olduğu bildirilir.
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO











