Ata və iki övladı su anbarında batıb - Ağdamda faciə

Hadisə 4 İyul 2026 18:30
Ata və iki övladı su anbarında batıb - Ağdamda faciə
WhatsApp kanalımıza abunə olun

Ağdam rayonunda, Xaçınçay su anbarında üç nəfər batıb. Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlunun, 2008-ci il təvəllüdlü İsgəndərov Tunar Şərif oğlunun və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan Şərif qızının meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Ağdam rayonunda faciəli hadisə baş verib. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb. İlkin məlumata əsasən, Ağdam rayonunun Cinli kənd sakini Şərif Cəmşəddin oğlu İsgəndərov iki övladı ilə birlikdə su anbarında çimərkən boğulub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 280
ŞƏRH YAZ
Ad

E-mail

Şərh