Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

Tez-tez hansısa avtomobil şirkətinin kütləvi geriçağırılma elanlarını oxuyuruq. Bu da onunla bağlı olur ki, istehsaldan bir müddət sonra hansısa avtomobildə nasasızlıq aşkar edilir. İstehsalçı da həmin nasazlığı aradan qaldırmaq üçün konkret tarixlərdə istehsal olunmuş avtomobilləri geri çağırır.
Məlumdur ki, ölkəmizdə istifadə olunan avtomobillərin böyük hissəsi xarici istehsaldır. Həmin avtomobillər ölkəmizə fərdi qaydada və yaxud istehsalçı şirkətin ölkəmizdəki nümayəndəliyi vasitəsi ilə gətirilir.
Belə olan şəraitdə hansısa avtomobilin kütləvi geri çağırılması ölkəmizdəki avtomobillərə də şamil olunurmu?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, belə hallar ölkəmizdə də olur:
“Nəzərə alaq ki, ölkəmizdə dünyanın əksər tanınmış avtomobil şirkətlərin nümayəndəlikləri var. Ona görə də hər hansı bir markanın modelində istehsalçı qüsuru sonradan aşkar edilirsə, o zaman şirkət öz nümayəndəliklərinə müraciət göndərir ki, məsələn, 2022-ci ilin birinci rübündə istehsal olunmuş filan markalı avtomobilin təhlükəsizlik yastığında problem var.
Həmin müraciətə əsasən nümayəndəlik ölkə ərazisindəki həmin avtomobilləri servisə dəvət edir və deyilən nöqsan istehsalçı şirkətin vəsaiti hesabına aradan qaldırılır. Belə faktlar çoxdur”.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












