65 minlik nadir tısbağaları aeroportdan keçirmək istədi - 5 ilədək həbs gözləyir

Moskvanın yerləşən Domodedovo Hava Limanında gömrük əməkdaşları 476 nadir Mərkəzi Asiya çöl tısbağasının qanunsuz daşınmasının qarşısını alıblar.
Avtosfer.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Tacikistandan gələn Rusiya vətəndaşı gömrükdən keçərkən yoxlanılıb.
Onun baqajındakı iki qutuda canlı tısbağalar aşkar edilib. Araşdırma zamanı məlum olub ki, həmin heyvanların ölkəyə gətirilməsi üçün tələb olunan icazə sənədləri olmayıb.
Şübhəli şəxs ifadəsində tısbağaları internet üzərindən satmağı planlaşdırdığını, bu partiyanın isə sınaq məqsədilə gətirildiyini etiraf edib.
Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən, müsadirə edilən tısbağaların bazar dəyəri 3 milyon rubldan (təxminən 65 min AZN) çoxdur.
Növ beynəlxalq CITES Konvensiyası ilə qorunduğundan onların ticarəti xüsusi icazə olmadan qadağandır.
Müsadirə olunan tısbağalar Moskva Zooparkının nadir heyvanların çoxaldılması mərkəzinə təhvil verilib.
Faktla bağlı xüsusilə qiymətli vəhşi heyvanların qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












