Maşınların arasından keçən diqqətsiz piyadalar qəza riski yaratdı - VİDEO

Paytaxtın Nəsimi rayonu, 28 May küçəsində piyadaların törətdiyi qayda pozuntusu kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər motosiklet sürücülərindən biri tərəfindən maarifləndirici məqsədlə sosial şəbəkədə paylaşılıb. Kadrlardan görünür ki, bir qrup piyada avtomobillərin işıqforun qadağanedici siqnalında dayanmasından istifadə edərək yolu müəyyən olunmamış yerdən keçməyə çalışır. Onların yolun sol hissəsində hərəkət edən nəqliyyat vasitələrinə diqqət yetirmədən hərəkət etməsi isə təhlükəli vəziyyət yaradıb.
Bu zaman hərəkətdə olan motosiklet sürücüsü piyadanın avtomobillərin arasından çıxdığını görərək ehtiyatlı davranıb və baş verə biləcək qəzanın qarşısını alıb. Sürücü bildirib ki, bu kimi hallara tez-tez rast gəlinir və xüsusilə ikitəkərli nəqliyyat vasitələri üçün ciddi təhlükə yaranır.
Qeyd edək ki, piyadalar yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən keçməlidirlər. Nəqliyyat sıxlığı zamanı avtomobillərin arasından keçmək qayda pozuntusu hesab olunur və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Digər tərəfdən, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri də yığcamlıq üstünlüyündən istifadə edərək avtomobillərlə eyni zolaqda hərəkət etməməlidirlər. Qanunvericiliyə əsasən, bir hərəkət zolağında yalnız iki motosikletin (və ya mopedin) paralel şəkildə hərəkətinə icazə verilir.
Nərmin
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












