Erməni musiqiçi toyda Azərbaycan mahnısı oxudu, görün nə baş verdi – VİDEO

Məşhur erməni klarnet ifaçısı Yuriy Sumqayıtski (Yuriy Sarkisyan) ilə bağlı video yayılıb. Görüntülər bir toydandır. Musiqiçi tədbirdə Azərbaycan xalq mahnısı oxuyur. Maraqlıdır ki, bu ifa toydakılar tərəfindən alqışla, məmnunluqla qarşılanır. Mümkündür ki, sözügedən toyun sahibləri vaxtilə Azərbaycanda yaşamış erməni ailədir.
Yuriy Sarkisyan əslən sumqayıtlıdır. O, həmin şəhərdə doğulub, böyüyüb. Uşaqlığından Bakıda və Sumqayıtda yaşayıb. Azərbaycanın ustad sənətkarı, klarnet ifaçısı Ələsgər Ələkbərovun tələbəsi olub. Y.Sumnqayıitski ifalarında Azərbaycan mahnıları, muğamları ifa edirdi. Onun qarmon ifaçısı Orxan Mirzəyevlə Rusiyadakı toylardan birində duetləri də var, bu video sosial şəbəkələrdə yayılıb. Diqqətçəkən odur ki, Yuriy bu mahnını ermənimahnısı kimi təqdim etmir, ermənicə oxumur, onlara məxsus olduğunu iddia etmir, orijinalda səsləndirir. Yuriy Sarkisyan 2021-ci ildə Rusiyada ölüb.
Xatırladaq ki, 1988-ci ildən sonra Bakı, Sumqayıt və Gəncədən köçən ermənilərin demək olar böyük əksəriyyəti əsasən Rusiyada, Avropada, ABŞ-da məskunlaşıb.
Qeyd edək ki, Azərbaycanda xeyli sayda erməni musiqiçi olub. Onlardan biri də Suren Mehrabyandır. O, uzun illər Zeynəb Xanlarovanın ansamblında gitara ifa edib. Suren əslən gəncəlidir. Hazırda Moskvada yaşadığı deyilir. Gitara ilə yanaşı tar, ud və saz da ifa edir. Repertuarında əsasən Azərbaycan və türk mahnıları olur. Muğamları da mükəmməl ifa edir. Rusiyada toylarda, restoranlar solo ifaçı kimi məşhurdur.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












