Ağstafada qadın qohumu tərəfindən qətlə yetirildi - FOTO - YENİLƏNİB

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, rayonun Dağ Kəsəmən kəndində yaşayan 1964-cü il təvəllüdlü Fatma Musayeva qətlə yetirilib.
Polis hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Zülfiyyə Musayevanı saxlayıb. Məlumata görə, qohum olan şəxslər həm də qonşuluqda yaşayıblar.
Hadisə Fatma Musayevanın evində baş verib. Onun boğaz nahiyəsində bir neçə bıçaq zərbəsinin izləri müəyyən edilib.
Qətlə yetirilən və hadisəni törətməkdə təqsirləndirilən xanım ailəlidirlər. Fatma Musayevanın bir qızı, Zülfiyyə Musayevanın isə iki oğlu var.
Qonşuların sözlərinə əsasən, tərəflər arasında daha öncə heç bir problem yaşanmayıb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi açılıb.
***
Ağstafada qətl törədən qadın saxlanılıb.
Avtosfer.az xəbər verir ki, yanvarın 9-da gecə saatlarında Ağstafa rayonu Dağkəsəmən kəndində yaşadığı evdə 61 yaşlı Fatma Musayeva kəsici alətlə qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən, onun qohumu 49 yaşlı Zülfiyə Musayevanı polis əməkdaşları saxlayaraq istintaqa təhvil verib.
Araşdırma aparılır
***
Ağtafa rayonunda 61 yaşlı qadın qətlə yetirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü F.Musayevanın yaşadığı evədə kəsici alətlə boğaz və qol nahiyyəsindən kəsilərək qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə F.Musayeva qadın tərəfindən qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO















