Almaniyada 4 nəfər atəşfəşanlıq zamanı öldü

Yeni il gecəsi atəşfəşanlıq və pirotexniki vasitələrdən istifadə Almaniyada dörd nəfərin həyatına son qoyub.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətində 24 yaşlı gənc özünün hazırladığı fişəngin partlaması nəticəsində həlak olub. Saksoniyada atəşfəşanlıq nəticəsində iki ölüm faktı qeydə alınıb. Oşats şəhərində böyük atəşfəşanlıqdan sonra 45 yaşlı şəxs başından ağır xəsarət alıb. Həmin şəxs xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Saksoniyanın Hartha şəhərində 50 yaşlı ailə kişi üzvlərinin iştirakı ilə patlatdığı fişəngin təsirindən aldığı xəsarətlər nəticəsində hadisə yerində həlak olub. Hamburqda kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölümcül yaralanan 20 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Hadisələrlə əlaqədar polis tərəfindən təhqiqat aparılır.
Qeyd edək ki, polis pirotexniki vasitələrdən istifadə ilə əlaqədar əhaliyə bir neçə dəfə xəbərdarlıq edib, həmin vasitələrin qanunsuz satışına qarşı əməliyyatlar keçirib.
(unikal)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












