“Araz Market”də İNSİDENT: ərinə mesaj yazan market işçisini saçından tutaraq…

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən "Araz market”də insident baş verib. Mağazada işləyən xanım tanımadığı bir xanım tərəfindən döyülüb.
Avtosfer.az musavat-a istinadən xəbər verir ki, hadisəyə səbəb mağazada işləyən Lalə Qasımovanın (ad və soy ad şərtidir) onu döyən Çinarə Əliyevanın (ad və soy ad şərtdiri) ərinə mesaj yazması olub.
Araşdırma zamanı məlum olub ki, mağaza işçi olan Lalənin yazdığı mesajın məzmunu işlə bağlı olubmuş. Belə ki, Lalə Çinarənin məhsul satışı ilə məşğul olan ərinə “malımız qurtarıb, təmin edə bilərsiniz?” deyə mesaj yazıb. Çinarə isə bunu qısqanıb və əri ilə mübahisə edib. Laləyə zəng edərək telefonda onunla da mübahisə edib. Sonra ərindən onu həmin xanımın işlədiyi mağazaya aparmasını, məsələni aydınlaşdırmasını istəyib.
Çinarə əri ilə marketə gələrək orada Lalə ilə rastlaşıb. Anidən Laləyə hücum edərək saçından tutaraq yerə yıxıb. Onu sürüyərək başına yumruq zərbələri endirib. Ətrafda olanlar Çinarəni sakitləşdirə bilib.
Bu əməlinə görə Çinarəyə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Çinarə əməlindən peşman olduğunu deyib. O, 4 uşaq anası olduğunu, zərərçəkmişlə barışdığını, peşman olduğunu deyib. Zərərçəkmiş Lalə də onu bağışlayıb.
Məhkəmə Çinarəni 1500 manat cərimələyib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












