Arvadını öldürməkdə şübhəli bilinən kişi ilə bağlı YENİ FAKTLAR: "Qulaq kəsib, həbs edilməyib"

Ötən gün Sumqayıtda arvadını öldürən kişi ilə bağlı yeni faktlar məlum olub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, bu, arvadını öldürən Ağababa Babışovun ilk cinayəti deyilmiş.
Belə ki, araşdırmalar zamanı məlum olub ki, o, bundan əvvəl də bir neçə dəfə məhkum olunub.
Hətta müəyyən edilib ki, A.Babışov həyat yoldaşını öldürməzdən bir müddət əvvəl bir nəfərin qulağını kəsib. Buna görə ona Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin cinayət işinin həm ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəkili tərəfindən Ağababa Babışovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməyib. Onun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib.
Yaxınları bildiriblər ki, həmin cinayətinə görə o, həbs edilmiş olsaydı, bu ağır cinayət yaşanmazdı.
Çünki bir neçə dəfə cinayət törətməyə görə məhkum edilmiş, hazırda isə başqa bir cinayət törətməyə görə təqsirləndirilən şəxsin azadlıqda qalması bir növ onun hazırkı cinayət əməlini törətməsinə zəmin yaradıb.
Qeyd edək ki, yanvarın 29-da saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 32 yaşlı Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı 36 yaşlı Ağababa Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
Xankəndidə “Niva” hərəkətdə olarkən yandı - FOTO - VİDEO
Bakıda dəhşət: 20 gün sonra toyu olacaq 17 yaşlı qız sığınacağa QAÇDI
Şəkidə itlər Niderland vətəndaşına hücum etdi: XƏSARƏTLƏRİ AĞIRDIR - VİDEO
Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü
Milyard yaşlı muzey eksponatları oğurlandı
Bölgədə ən uzun qatar səfərləri: Azərbaycanda məsafə nə qədərdir? – ARAŞDIRMA
Yasamalda təhlükəli anlar: Piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO










