
Aşan hasar 20 yaşlı qızın həyatına son qoydu
Hadisə
8 Mart 2025 11:57
Oxunub 1148

Dünən axşam saatlarında Yevlax rayonunda bədbəxt hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, saat 18 radələrində Yevlax şəhərindəki internat məktəbinin hasarı gənc qızın üzərinə aşıb.
Nəticədə 2005-ci il təvəllüdlü Nərmin Rafiq qızı Hüseynova ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
ŞƏRH YAZ