Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Dünən saat 20 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Amin Cabbar oğlu Xudaverdiyev ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Avtosfer.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam etdirilir.
Ötən gecə baş verən qətlin də məhz qisas zəminində törədildiyi deyilir.
Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












