Autizm xəstəsi avtobus qaçırıb sərnişin daşıdı

Qəribə hadisə Almaniyanın Bremen şəhərində baş verib.
Avtosfer.az xəbər verir ki, 15 yaşlı yeniyetmə özünü təcrübəçi kimi təqdim edərək avtobus sürücüsünün yanında axşama qədər şəhəri dolaşıb. Sürücünün iş saatı başa çatdıqda o da avtobusu tərk edib.
Sürücünün gözdən itməsini gözləyən yeniyetmə qaraja qayıdaraq avtobusu işə salıb. Ardınca marşruta çıxaraq sərnişin daşımağa başlayıb. Bir neçə kilometr getdikdən sonra həmin xəttin digər sürücüləri onu tanımadıqları üçün polisə xəbər veriblər. Polis avtobusu dayandıraraq qaraja qaytarıb.
Autizm xəstəsi olan yeniyetmə atasında təhvil verilib. Avtobus heç bir qəza keçirməyib, sərnişinlər “sürücüdən” narazılıq etməyiblər.
Atası bildirib ki, yeniyetmə texnikaya xüsusi maraq göstərir. Uşağa qarşı heç bir cəza tədbiri görülməyib.
Vüqar
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












