Avtomobil sifariş verdi, nə maşını gəlir, nə də pulu geri qaytarılır - VİDEO

Paytaxt sakini sosial şəbəkələrin birində xaricdən maşın sifarişi ilə bağlı elan görüb.
Avtosfer.az xəbər verir ki, Bakı sakini Hamlet Sadiqovun başına tragikomik hadisə gəlib. Belə ki, noyabr ayında "tiktok" platformasında xaricdən maşın gətirilməsi ilə bağlı elan görüb. Daha sonra həmin elanda qeyd olunan ofisə yaxınlaşıb. Elə bütün hadisələr də bundan sonra başlayıb.
O, iddia edir ki, dəfələrlə gətirilməyən maşını üçün ödədiyi pulu geri almaq istəsə də, hər dəfə ona boş vədlər verilib.
Pulu 4 aydır ki, geri qaytarılmır.
Məsələ ilə bağlı adı hallanan şirkətlə əlaqə saxladıq. Şirkətin direktor müavini Emin Əfəndiyev bildirdi ki, ödənilən məbləğlər yaxın günlərdə xaricdən hesaba köçürüləndən zərərəçəkənlərin pulları hesablarına köçürüləcək.
Şirkətdən o da bildirildi ki, vətəndaşa hazırda şirkətin ofisində olan xaricdən gətirilmiş maşınlardan başqa biri verilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












