Azərbaycanda 8 iraqlının GİZLİ PLANI: Biri çayda boğuldu, beşi tutuldu... - TƏFƏRRÜAT

Azərbaycana gələn 8 nəfər İraq vətəndaşı barəsində ilginc faktlar ortaya çıxıb. Onlar Azərbaycandan qaçaq yolla Rusiyaya getmək istəyiblər. Sonuncu tutulan 3 nəfər məqsədlərinin Rusiyaya gedərək orada ödənişli hərbi xidmətə yazılmaq olduğunu deyib.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, son olaraq 8 nəfərlik qrupdan üçü Qusarda saxlanılıb.
Onların Azərbaycana gələndə niyyətləri qanuni yolla Rusiya Federasiyasına keçmək olub. Əvvəlcə gömrük keçid məntəqəsinə gediblər. Amma vizaları olmadığına görə oradan uzaqlaşdırılıblar. Viza almaq üçün Rusiyanın Azərbaycandakı səfirliyinə gediblər.
Viza alıb Rusiyaya gedərək pul qarşılığında orduda qulluq etmək istəyiblər. Amma dediklərinə görə, səfirliyə bu barədə yalan məlumat veriblər. Əsl məqsədləri Rusiyada orduda xidmət etmək olmayıb. Bu vədlə Rusiyaya keçmək istəyiblər.
Səfirlikdən müsbət cavab ala bilmədikləri üçün Rusiyaya qanunsuz yolla keçməyi qərarlaşdırıblar.
30, 26 və 25 yaşlı üç İraq vətəndaşı bu məqsədlə maşın kirayələyib. Sürücü isə azərbaycanlı olub. Qusarda onlardan ilk şübhələnən Dövlət Sərhəd Xidmətinin qulluqçusu olub.
DSX-nın Qusar rayonunun Həzrə kəndində əməliyyat müvəkkili kimi xidmət edən əməkdaşı İraq vətəndaşlarının olduğu ağ rəngli “Mercedes Viano” markalı avtomobili ərazidə görüb. Həmin avtomobilin hərəkətlərindən şübhələnib. Maşının dövlət sərhəd istiqamətində gedib geri qayıtması və körpü üstündə saxlanması DSX əməkdaşını daha da şübhələndirib. Buna görə də maşına yaxınlaşaraq onların kimliyi ilə maraqlanıb.
![]()
Həmin zaman maşında ön tərəfdə iki nəfər əyləşibmiş. Azərbaycanlı sürücü DSX əməkdaşına körpünün üzərində istirahət məqsədi ilə dayandığını bildirib. DSX əməkdaşı sürücüdən maşında əcnəbi vətəndaşların olub-olmamasını soruşub. Sürücü də maşında İraq vətəndaşlarının olduğunu deyib və maşının qapısını açıb. DSX əməkdaşı bu barədə rəhbərliyə məruzə edib.
DSX əməkdaşının dediklərinə görə, bir müddət əvvəl səkkiz nəfər İraq vətəndaşı Xaçmaz rayonunun Xanoba, Qusar rayonunun Samur qəsəbəsinə gələrək dövlət sərhəd xidmətində kəşfiyyat müşahidələri aparıblar. Saxlanılan üç nəfər də həmin səkkiz nəfərdən olduğuna görə DSX-yə təhvil verilib.
Onlardan üç nəfəri Qusar rayonunun Yuxarı Zeyxur sərhəd zastavasından sərhədi keçmək istəyiblər. Həmin zaman ikisi təslim olub, biri isə çayda boğularaq ölüb. Digər iki nəfərin Bakı şəhərində olduğu müəyyən edilib.
![]()
Araşdırma zamanı İraq vətəndaşlarının telefonlarına baxış keçirilib. Onların telefonunda Dağıstan ərazisində olan hotellər və konumlar aşkarlanıb. Telefonlarında olan konumlara əsasən sərhədi keçmək istədikləri müəyyən edilib.
Saxlanılan İraq vətəndaşları deyiblər ki, niyyətləri sərhədi keçmək olub. Amma Qusara çatanda bu əməllərindən peşman olublar və səhvlərini başa düşüblər. Əlavə ediblər ki, onlar sərhədi keçmək istəyən zaman yox, maşında olanda tutulublar və buna görə də onlara bu ittiham verilməməlidir.
Onlar Rusiyaya qanunsuz yolla necə getmələri barədə məlumatları internet üzərindən araşdırdıqlarını, sərhədi müəyyən etdiklərini deyiblər.
Məhkəmə qərarı ilə onların hər biri 9 ay azadlıqdan məhrum edilib. Həbs müddəti bitdikdən sonra məcburi qaydada ölkədən çıxarılacaqlar.
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO









