Azərbaycanda bloqerlər ağır QƏZAYA DÜŞDÜLƏR - FOTO - VİDEO

İnfluenserlər Mehin Oktaylı və Mesi Rəhman avtomobil qəzası keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Olay.az-a M.Rəhman özü açıqlama verib. O bildirib ki, hadisə ötən gün səhər saat 8 radələrində İsmayıllı-Şamaxı yolunda olub:
"Orada yaşayan insanların dediyinə görə, həmin yolda tez-tez qəzalar baş verir. Çünki xam sürücülər həmin yolu yaxşı bilmir, oradakı sərt döngəni görmədən düz gedirlər. Bizdə də "Vita" markalı avtomobil idi. Çox güman ki, sürücümüz həmin döngəni görə bilməyib. Ona görə maşın birinci işıq, sonra reklam dirəyinə çırpıldı. Uzun bir məsafəni sağa-sola çırpıla-çırpıla aşdıq. Mən alnımdan xəsarət aldım, döş qəfəsimdə, ayaq və qol nahiyələrimdə əzilmələr yarandı. Mehinin qabırğasında sınıq var. Bizdən əlavə maşında iki xanım var idi. Onlar da xəsarət aldılar, birinin başı partlayıb, digərinin də qabırğası zədələnib. Bizi Şamaxı xəstəxanasına çatdırdılar, oradan da Mehini təcili tibbi yardım maşını ilə Bakıya, neyrocərrahiyəyə gətirdilər. Maşının ön hissəsi bərbad gündə idi, çox pis zərbə ilə çırpılmışdı".

Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB












