Azərbaycanda əsgərlikdən gələn şəxs müəllimini boğmaq istədi

Xızı rayonu, Tıxlı kənd orta məktəbində qadın müəllimi döyən keçmiş şagirdinə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, hadisəni 2003-cü il tarixdə Xızı rayonu, Tıxlı kəndində doğulmuş Nemət Məmmədov (ad-soyad şərtidir) törədib.
Hərbi xidmətdən yeni qayıdan Nemət sözügedən məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Gülşən adlı müəllimi döyüb. Nemət məktəbi bitirdiyi vaxt həmin müəllim ona "3" yazıb. O, əsgərlikdən qayıtdıqdan sonra müəllimdən qisas almaq qərarına gəlib. Nemət məktəbə gedərək, Gülşən müəllimi idman zalına çağırıb və ağzından tutaraq onu boğmağa çalışıb. Bu zaman müəllim ona müqavimət göstərə bilib.
"Nemətin əlindən çıxmağa çalışırdım, lakin otaq içəridə olduğundan qışqırıq səsi eşidilmirdi. Sonra əlimi yerə çırpıb və bacardığım qədər bərk qışqırmağa çalışdım", - deyə Gülşən müəllim bildirib.
Şagird və müəllim heyəti hadisə yerinə gələndən sonra Nemət məktəbin pəncərəsindən qaça bilib.
Məhkəmədə Nemət bildirib ki, Gülşən müəllim ona dərs keçdiyi müddətdə qiymətini kəsərək, "3" verib. O, həqiqi hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra niyə ona "3" yazdığını aydınlaşdırmaq üçün 5 iyun 2023-cü il tarixdə məktəbə gedib və hadisəni törədib.
Məhkəmənin qərarı ilə Nemət Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və bir il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisəyə görə dərin psixoloji sarsıntı keçirən Gülşən müəllim 7 il fəaliyyət göstərdiyi məktəbdən ayrılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












