Azərbaycanda FACİƏ: oğul anasını ÖLDÜRDÜ - YENİLƏNİB

Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə bizim.media-ya mərhumun oğlu Mehman Əbilov məlumat verib.
O, bildirib ki, hadisədən səhər saatlarında xəbər tutub:
"Səhər mənə zəng gəldi ki dur özünü tez bura çatdır. Durub getdik, gördük ki, anamın meyiti yolun ortasında qalıb.
Qardaşım içkili anlaqsız vəziyyətdə olub. Necə olubsa, bilmirəm, anamı öldürüb. Əvvəllər hər içəndə söz söhbət edən idi, indi bilmirik necə olub. Evdə ana-bala ikisi olub. Hələ də şokdayıq...
Qardaşım həyat yoldaşını Ağdaşa anasıgilə aparıb qoyub və gəlib. Axşam da evdə olub. Anam da bacısıgilə gedib, sonra evə gəlib. Gecə də bu hadisə baş verib. Anam onun əlindən qaçmaq istəyib, lakin qardaşım anamı küçədə vurub öldürüb. Qardaşım evlidir, üç uşağı var. Evin sonbeşiyi idi anam da onunla yaşayırdı", - deyə M.Əbilov bildirib.
***12:23
Ağdaşda qadının oğlu tərəfindən öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Avtosfer.az-a Ağdaş rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon ptokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***10:24
Ağdaşda oğul anasını qətlə yetirib.
Avtosfer.az xəbər verir ki, martın 23-də saat 06 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.
Araşdırma aparılır./unikal
Aşan avtobusun sürücüsü danışdı: “Gözümə gün düşdü” - VİDEO
Lizinqlə avtomobil aldı, pulundan və avtomobilindən oldu - VİDEO
Narkotik çəkib maşın sürən şəxs saxlanıldı - İş məhkəməyə göndərildi - FOTO
Avtomobillə su hovuzuna düşdü; boğulub öldü
Məsciddə namaz qılan şəxsin avtomobili qarət olundu - "iPhone" və pulları oğurlandı
"Crescent Mall"da nə baş verir? - VİDEO
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsündən qəribə ETİRAZ - VİDEO - YENİLƏNİB
İsmayıllıda maşın ayını vurub öldürdü - VİDEO
Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü - FOTO - VİDEO - YENİLƏNİB
Kvadrosikllə yol polisini vurub qaçan yeniyetmə saxlanıldı - VİDEO
İçərişəhərdə ödənişli keçid sistemi narazılığa səbəb oldu: Rəsmi qurum məsələyə aydınlıq gətirdi - VİDEO










