Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu

Hadisə 30 Sentyabr 2026 11:18
Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:  10 nəfər xəstəxanalıq oldu
WhatsApp kanalımıza abunə olun

Cəlilabad rayonunda zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Avtosfer.az-ın məlumatına görə, Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib ki, baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.

"İlkin araşdırma zamanı hadisənin Biləsuvar rayonunda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək. AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər", - deyə məlumatda bildirilir.

***

Cəlilabad rayonunda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən sakinlərin vəziyyəti məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 29-da saat 23:00-da zəhərlənmə şübhəsi ilə 10 nəfər (beş kişi, beş qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib./oxu.az

***10:48

Cəlilabad rayonunda zəhərlənmə olub.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir.

Belə ki, Biləsuvar rayonunda əsgər yolasalma qonaqlığında iştirak edən ailə üzvləri evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.

Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

Oxunub : 194
ŞƏRH YAZ
Ad

E-mail

Şərh