Azərbaycanın məşhur iş adamı məhkəmə qarşısında: Nə baş verib?

Məşhur iş adamı Xəlil Göyüşov vətəndaşların əmək hüquqlarını pozduğuna görə məsuliyyətə cəlb edilib. Qaynarinfo-nun məlumatına görə, "Körpü-Bina-Tikinti" MMC-nin baş direktoru və qanuni təmsilçisi olan Xəlil Göyüşüov tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb. İş adamı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) vətəndaşlarımızın işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş adamı barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.
Xatırladaq ki, "Körpü-Bina-Tikinti" MMC 2001-ci ildə təsis edilib. MMC-nin nəzdində asfalt zavodu, balka sexi, beton zavod, çınqıl karxanası, beton boru zavodu, körpü istehsalat zavodu və beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir.
Sözügedən şirkətin rəhbəri Xəlil Göyüşov isə ölkənin ən varlı iş adamları arasında yer alır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












