Badamdarda su borusu partladı, küçəni su basdı – FOTO + VİDEO

Səbail rayonu, Badamdar qəsəbəsində (2-ci massiv) su borusu partlayıb.
Bu barədə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, nəticədə Badamdar - 20-ci Sahə yolunu və Tofiq Məmmədov küçəsini su basıb. Yaranmış problemlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsində polietilen su borusunda qəza baş verib:
“Məlumat daxil olduğu andan Səbail rayon Sukanal İdarəsinin əməkdaşları əraziyə cəlb olunaraq dərhal su təchizatının dayandırılması işlərini həyata keçiriblər. Hazırda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür. Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa olunacaq”.




"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












