Bakıda 10 min manatlıq "iPhone" dələduzluğu - HÖKM OXUNDU

Mobil telefon alqı-satqısı adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Y.C. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun ev dustaqlığında saxlanıldığı müddət cəzadan çıxılıb və Y.C. üzərində qəti olaraq 1 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, Y.C. metronun "28 may" stansiyası ətrafında fəaliyyət göstərən və mobil telefon satışını həyata keçirən mağazada satıcı işləyib. Zərərçəkən O.R. isə onun müştərisi olub. Y.C. ona Dubaydan "iPhone 15 Pro Max" markalı telefon gətirib satmaq istədiyini, lakin bunun üçün pulu olmadığını deyib.
Y.C. bunu deyərkən, zərəçəkənə birlikdə qazanc əldə etmək təklif edib. O.R. isə ona dörd ədəd telefonun pulunu verə biləcəyini deyib. Tərəflər razılaşdıqdan sonra, O.R. Y.C-yə hissə-hissə 10 800 manat pul verib. Bundan sonra Y.C.-ni tapmaq mümkün olmayıb.
O.R. aldadıldığını anlayaraq, polisə şikayət edib. Y.C. şübhəli şəxs qismində saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.
Məhkəmə istintaqı zamanı Y.C. elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












