Bakıda 750 min manatlıq fırıldaq: Nazirliyin işçisini aldadaraq...

Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda dələduzluq əməlində təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının Babək rayon, Nehrəm qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rahib Əliyev həbs edilib. Publika.az xəbər verir ki, məhkəmənin hökmü ilə avqustun 2-də Rahib barəsində həbs-qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.
İttihama görə, Rahib sinif yoldaşı olan və nazirliklərdən birində çalışan Xaliq adlı şəxsi, onun iş yoldaşlarını və bir neçə qohumunu öz biznesinə şərik etmək adı ilə aldadaraq ümumilikdə 750 min manat pul alıb. Lakin Rahib heç bir biznes sahibi olmayıb, pulların bir hissəsini həmin şəxslərə gəlir kimi qaytararaq biznesinin uğurlu olması barədə yalan fikir formalaşdırıb. Pulun böyük hissəsini isə özü üçün xərcləyib.
Bir müddət sonra Rahibin fırıldağının üstü açılıb və onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub. İş üzrə 11 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Rahibin onların birindən 204 min, digərindən 70 min və fərqli məbləğlərdə pul alaraq ələ keçirməsi məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Rahib Əliyev 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












