Bakıda ata "Lexus"u yeniyetmə oğluna sürməyə verdi - Qəza törətdi

14 fevral 2025-ci il tarixində Bakıda "Lexus" markalı avtomobillə 11-ci sinif şagirdi qəza törədib.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, hadisə Xəzər rayonunun Qala qəsəbəsində baş verib.
Belə ki, Qəsəbə sakini, sürücülük hüququ olmayan 2008-ci il təvəllüdlü İ.İ. atasına məxsus "Lexus" markalı avtomobili idarə edib. Yüksək sürət səbəbindən avtomobilin idarəetməsini itirərək, əvvəlcə yolun sağ tərəfinə hərəkət edib və yol kənarında dayanmış "Kia" avtomobilə dəyib, daha sonra bir qədər də hərəkət edərək, yolun sağ kənarında fərdi yaşayış evinin daş divarına çırpılıb. Hadisəyə görə yeniyetmə saxlanılıb.
Xəzər rayonu 323 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan yeniyetmə hadisə baş verən anı yüksək adrenalinli olmasına görə xatırlamadığını deyib. Atası İlqar isə oğluna avtomobili idarə etməyə icazə verdiyini bildirib.
Məhkəmənin qərarı ilə İlqar İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilib. Hadisəni törədən övladı dərhal məhkəmə iclas zalından azad edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












