Bakıda bu dönərxananın fəaliyyəti məhdudlaşdırıldı - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində fəaliyyət göstərən fiziki şəxs Şirinov Elşən Yolçu oğluna məxsus dönərxanada yoxlama keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, eyni zamanda dönər hazırlanması prosesində çalışan işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri (əlcək, önlük, saç toru və s.) ilə təmin edilmədiyi aşkarlanıb. Bundan başqa, qida obyektində mütəmadi təmizlik işləri, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin sağlamlıq arayışı ilə təmin olunmadığı, habelə köməkçi sahədə quraşdırılmış yuma çanağının antisanitar vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib.
Aşkar olunan nöqsanlarla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.




Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












