Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR

Respublika Klinik Xəstəxanasının Bilgəh korpusunda tibb bacılarının kütləvi zəhərlənməsi ilə bağlı iddia yayılıb.
Avtosfer.az-ın Ajans.az-a istinadən məlumatına görə, Respublika Klinik Xəstəxanasının müvəqqəti köçürüldüyü Bilgəh korpusunda aparılan dezinfeksiya işlərindən sonra çox sayda tibb bacısı zəhərlənib. İddiaya görə, korpusda yaranan nəmişlik səbəbindən bit və birə yayılıb. Dezinfiksiya işləri isə bu antisanitar vəziyyətlə əlaqəli aparılıb.
Məlumata əsasən, onların böyük bir qismi reanimasiya şöbəsinə yerləşdirilib. İddiaların nə dərəcədə doğru olması ilə bağlı isə rəsmi məlumat verilmir.
Əgər həqiqətən də dezinfeksiya işləri aparılıbsa, əməkdaşların zəhərlənməməsi üçün niyə əvvəlcədən təhlükəsizlik tədbirləri görülməyib? Dezinfeksiya hansı maddələrlə aparılıb? Proses zamanı hansı təhlükəsizlik qaydaları pozulub?
İddialara görə, dezinfeksiya işlərini tibb bacıları həyata keçirib. Bəs niyə prosess tibb personalı tərəfindən icra edilib?
Mövzu ilə bağlı TƏBİB-dən bildirilib ki, məsələ araşdırılır və araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə məlumat veriləcək.
TƏBİB xəbəri nə təsdiqləyib, nə də təkzib edib. Əgər belə bir hadisə baş veribsə, qurumun bundan xəbəri olmayıb? Hazırda konkret olaraq nə araşdırılır – hadisənin özü, yoxsa TƏBİB bu iddialardan ilk dəfədir xəbər tutur?
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO












