Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun barələrindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Eldəniz Qulamovun vəkili müdafiə nitqi ilə çıxış edib. O bildirib ki, müvəkkili dövlət qulluqçusu olub və rəhbərliyin tapşırıqlarını icra edib. Vəkil onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Raqif Abbasovun vəkili də müvəkkilinin təqsirsiz olduğunu bildirərək ona bəraət verilməsini istəyib.
Təqsirləndirilənlərə son söz verilsə də, onlar buna hazır olmadıqlarından məhkəmədən vaxt istəyiblər.
Növbəti iclas dekabrın 2-nə təyin edilib.
Xatırladaq ki, ötən iclasda prokuror təqsirləndirilənlərin hər birinin ayrı-ayrılıqda 12 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Adıçəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Gənclər və İdman Nazirliyi tanınıb.
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI












