Bakıda dələduzluq və oğurluq edən şəxslər saxlanılıb

Bakının Səbail və Xətai rayonlarında dələduzluq və oğurluq edən şəxslər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə bir nəfərin aldadılaraq 15000 manatının alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Bağırov müəyyən olunaraq saxlanılıb.
**
Xətai rayonu Telnov küçəsində yerləşən evlərin birindən 3000 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.Hətəmzadə, həmçinin bir nəfər qadın müəyyən olunaraq saxlanılıb.
**
Avqustun 14-də Xətai rayonu ərazisində yerləşən 2 marketdən ümumilikdə 770 manat dəyərində tütün məmulatı, həmçinin 1050 manat dəyərində spirtli içkinin oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar E.Əzizov və E.Mirzəyev müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












