Bakıda İrandan gələn 23 kq narkotik ələ keçirilib - FOTO

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olmuş məlumat əsasında Sabunçu rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Əzəmət Əhmədzadə və tanışı əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şərif Məmmədov saxlanılıblar:
"Ə.Əhmədzadənin idarə etdiyi nəqliyyat vasitəsindən 23 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə paytaxt ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














