Bakıda qadın bələdiyyə sədri cərimələndi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Suraxanı rayonunun Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayevaya cərimə yazıb.
İqtisadiyyat.az-ın məlumatına görə, Dövlət Xidməti bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Buna səbəb isə C.Ağayevanın baş verən bədbəxt hadisə barədə müvafiq qurumu vaxtında məlumatlandırmaması olub.
Bələdiyyə sədrinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
C.Ağayeva isə Dövlət Xidmətinin qərarından narazı olduğu üçün Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Onun iddiası hakim Pərviz Muradovun sədrliyi ilə araşdırılacaq.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












