Bakıda transformator yenə yandı - Sakinlər deyir ki, hər il yanır.. - VİDEO

Paytaxtın Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.
Bununla bağlı sakinlərdən biri Avtosfer.az-a videomaterial göndərib. Hadisə avqustun 4-də saat 21:30 radələrində Zəngəzur küçəsində baş verib. Sakinin sözlərinə görə, yanğına səbəb ərazidə quraşdırılmış transformatorun anidən alışması olub. Belə ki, kiçik qığılcımla başlayan yanğın qısa müddətdə böyük əraziyə yayılıb, hətta yaşayış evinin həyətini bürüyüb. Yanğından bir müddət sonra sakinlər “Azərişıq” ASC-nin və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat veriblər. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Lakin alışmaqda olan transformatora su vurmaq təhlükəli olduğu üçün yanğının qarşısını almaq mümkün olmayıb. Şikayətçi, “Azərişığ”ın əməkdaşlarının yanğın söndükdən sonra əraziyə gələrək enerji paylayıcısını zərərsizləşdirdiklərini qeyd edib.
Sakinin iddiasına əsasən, sözügedən qəsəbədə yanğın tez-tez baş verir: “Belə hadisələr yay aylarında ən azı 2 dəfə qeydə alınır. Buna səbəb isə “Azərişıq” ASC-nin 100 ev üçün nəzərdə tutulmuş transformatoru 200 evə qoşmalarıdır. Sakinlər isti havalarda kondisionerdən istifadə etdiyi üçün həddindən artıq yüklənmələr olur və yanğınla nəticələnir”.
O, mövcud problemlə bağlı dəfələrlə “Azərişığ”a müraciət etdiklərini, ancaq şikayətlərinin cavabsız qaldığını qeyd edib.
Nərmin
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












