"Bəyaz Diş Gənclik" klinikasında 70 min manat mənimsəyən qadın hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilən Süleymanova Nigar Zaur qızının məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, cinayət işində zərərçəkmiş şəxs qismində "Bəyaz Diş Gənclik" klinikası tanınıb. Hazırlıq iclasında hakim təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, rusdilli olan 25 yaşlı Nigar Süleymanova universitet tələbəsidir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində vəkil Vüqar Əliyev iştirak edib. Təqsirləndirilən şəxsin vəkili qismində Səlahəddin Cəfərov iştirak edib. Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Vüqar Əliyev təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Ancaq dövlət ittihamçısı verilən vəsatətin qəbul olunmamasını təklif edib. Həmçinin vəkil Səlahəddin Cəfərov Nigar Süleymanovanın daimi yaşayış yerinin olmasını, çağırışlarda iştirak etməsini əsas gətirərək qətimkan tədbirinin dəyisdirilməməsini xahiş edib. Klinikanın təsisçisi və direktoru Ramiz Cəlilov cinayət işinin 2 ildən artıq müddətə uzandığını bildirərək Nigar Süleymanova barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Hakimlər müşavirə otağından qayıtdıqdan sonra qərarı elan ediblər. Hakim məhkəmə prosesini 27 yanvar tarixinə təyin edib və təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri dəyişdirilməyib.
İttiham aktına görə, klinikanın qəbulunda işləyən Nigar Süleymanova 70 min manat mənimsəmədə ittiham olunur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












